ERMƏNİNİ DİZ ÇÖKDÜRƏN QUBALI PƏHLƏVAN
Baxış sayı: 837
17 yaşadək güləşçilərdən ibarət Yunan – Roma komandamız Avropa çempionu olub. Təmsilçilərimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yarışda 2 – si qızıl, 5 – I gümüş və 1 – I bürünc olmaqla ümumən 8 medal qazanıblar. Yığmamızın heyətində Quba güləş məktəbinin yetirməsi Fərahim Mustafayev 55 kq. – da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onu da qeyd edək ki, Fərahim finalda ermənistanlı Lyüdviqyanla üz-üzə gəlib. Mustafayev rəqibinə vaxtından əvvəl tam üstünlüklə, 13:4 hesabı ilə qalib gəlib. Ötən gün axşam saatlarında Avropa çempionumuz böyüyüb – başa çatdığı Quba şəhərinə geri dönüb. Qubanın fəxrini yerli əhali və ictimaiyyət nümayəndələri elə adına layiq də qarşıladılar. Onu da qeyd edək ki, qitə yarışına böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan Yunan – Roma millimiz 175 xal toplayıb. Pəhləvanlarımız 2 – 3 – cü yerləri bölüşən Ukrayna və Gürcüstan komandalarını 66 xal üstəliyərək ardıcıl ikinci il Avropa çempionu olublar.