Bu görüntülər 2021-ci ilə aiddir. Erməni futbolçular Azərbaycan bayrağını təhqir etməkdən çəkinmir, hətta həmin dövrdə bunu özlərinə məxsus müxtəlif sosial media səhifələrində də
paylaşırdılar. Bir gün buna görə cavab verəcəklərini isə, yaqin ki, heç düşünmürdülər də. Ancaq Azərbaycan dövləti xalqına və onun dövlətçiliyinə qarşı olunan istənilən cinayət əməlini unutmur. Laçın sərhəd buraxılış məntəqəsində bu əməli etdiklərinə görə saxlanılan üç nəfər erməni futbolçunun barəsində artıq Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb. Maraqlı məqam orasıdır ki, Ermənistanın məşhur hərbi eksperti Haik Nahapetyan ötən gün Laçın sərhəd buraxılış məntəqəsində erməni futbolçuların saxlanılması münasibət bildirərkən bu fikirləri dilə gətirib : “Xocalı rayonundan olan gənclər Azərbaycan bayrağını təhqir edərək video yaymışdılar. Bu isə dövlət rəmzinin təhqir olunmasıdır. Hamımız bilirik ki, bu əməl istənilən ölkədə cinayət sayılır”. 2 il bundan əvvəl bu bayrağı təhqir edənlər bu gün onun altından keçməyə məcburdular. Bu isə Azərbaycan xalqının və dövlətinin qüdrətindən xəbər verir.