ERMƏNİLƏRİN YANDIRDIĞI TEATR BƏRPA OLUNDU

“Burda hər bir tamaşa Dərbənd Azərbaycanlıları üçün böyük bir hadisəyə çevrilirdi. İnsanlar axın-axın tamaşalara gəlirdilər. Mən onda Dərbənd teatrının insanlar üçün necə önəmli

olduğunu anladım”.  Bu sözləri  Azərbaycan Respublikasının əməkdar artisti, teatr rejissoru Sərvər Əliyev binasının yenidən qurulma işləri tamamlanmaq üzrə olan Dərbənd Azərbaycan Dövlət Dram teatrının önəmindən danışarkən vurğuladı.

Dəmir qapı Dərbənddə teatr ilk dəfə 1904-cü ildə Azərbaycan xalq teatrı olaraq yaradıldı. 1927-ci ildə dövlət statusu alan teatr, Böyük Vətən muharibəsindən sonra maliyyə çətinıiyi üzündən bağlansa da 1950-ci illərin ortalarından yenidən çalışmalarını davam etdirib.

Dərbənd Azərbaycan Dövlət dram teatrının önəmini vurğulayan  əməkdar artist Sərvər Əliyev bu teatrı Dağıstan Respublikasında yaşayan Azərbaycanlılar üçün bir mayak adlandırıb.

Amma uzun illərdən sonra Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərinin kompleks inkişafına dair proqrama Dərbənd Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması işləri də daxil edildi və indi burda işlər yekunlaşmaq üzrədir. Tetarın direktoru, əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov deyir ki, teatr hər çağ tamaşaçılarını yeni tamaşalarla sevindirib.

Hazırda teatrın binaslnda bütün işlərin yekunlaşıb. Binaya elektrik enerjisi verilib, bütün mühəndis kommunikasiyaları tam çəkilib, soyuducu divarların havalandırması quraşdırılıb.

Bundan başqa xarici üzlük işləri tamamlandı. Hazırda teatrın həyətində abadlıq işləri görülür.  

Dərbənd Azərbaycan Dövlət Dram teatrının yenidən qurulan binası tezıiklə tamaşaçıların istifadəsinə veriləcək.