ERMƏNİLƏRİN NAXÇIVANA QARŞI MƏKRLİ PLANI
Baxış sayı: 20
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində bunker və beton tipli hücum xarakterli istehkamlar inşa edir. Bu barədə “44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb. Kanalda paylaşılan peyk görüntülərindən məlum olur ki, şərti sərhəd istiqamətində mühəndis istehkam işləri aparan düşmən eyni prosesi Naxçıvan istiqamətində də həyata keçirir. Qeyd edək ki,fotolarda görünən çoxməqsədli istehkamların ikisi yeni çəkilmiş bir təminat yolu və bir istiqamət üzərində tikilib. İstehkamların bir-biri ilə əlaqəsi var. İstehkamlar Naxçıvanın bir neçə kilometrliyində yerləşir. Ermənistanın Naxçıvan istiqamətində də bu kimi addımları İrəvanın sülhdə maraqlı olmadığını və Azərbaycana qarşı revanşist, məkrli planlarının olduğunu bir daha sübut edir”.