Fransa şəhərlərindən Qarabağdakı ermənilər üçün göndərilən və bu gün Azərbaycanla şərti sərhədə çatan “humanitar yardım”dan ibarət 10 TIR-ı Azərbaycan sərhəddən
buxarmamaq barədə qərar verib. Bu barədə erməni Teleqram kanalları bilgi yayıb. Qeyd edək ki, Fransa şəhərlərindən toplandığı iddia edilən və Paris merinin də müşayiət etdiyi “humanitar yardım” maşınları bundan əvvəl Ermənistanın göndərdiyi 21 TIR-ın yanında yer alıb. Ermənilər TIR-ların dayandığı yerdə “humanitar yardım mərkəzi” yaradaraq, yükləri qəbul edəcəklərini elan ediblər. Görünür, bir TIR-ın günlük saxlanma xərcini çəkmək o qədər də asan deyil. Ermənistan isə bu “humanitar böhran” şousunu davam etdirməkdə israrlıdır.