ERMƏNİLƏRİN AĞDAM YOLUNA QARŞI XAÇATURYAN GEDİŞİ

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam vasitəsilə Qarabağa daxil olmasını Vaqif Xaçatryanın qaytarılacağı təqdirdə qəbul edəcəyik. Bunu Qarabağdakı erməni

separatçıların nümayəndəsi Tiqran Petrosyan deyib. Qeyd edək ki, İyulun 27-də İrəvandan Laçın yoluna göndərilən 19 avtomobildən ibarət dırnağarası yardım karvanı ətrafında yaradılan şou, iyulun 29-da Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların qətlində şübhəli bilinən Vaqif Çərkəz oğlu Xaçatryanın Laçın postunda saxlanılması ilə yeni mərhələyə adladı. Bundan sonra, iyulun 31- ində haylar İrəvandakı Beynəlxalq Qızıl Xaç Komitəsinin ofisinin qarşısında aksiya keçirdilər.
Aksiya iştirakçıları Vaqif Xaçaturyanın azad olunmasını tələb ediblər.
Onlar hətta binaya girişin qapısını da bağlamışdılar.