ERMƏNİLƏR ZƏNGİLAN İSTİQAMƏTİNDƏ AĞIR İTKİ VERİBLƏR

Erməni Silahlı Qüvvələrinin hərbi birləşmələri Kəlbəcər və Laçın rayonları ilə birlikdə dövlət sərhəddinin Zəngilan rayonu istiqamətində təxribat törətməyə cəhd edib. Bu barədə dövlət sərhəd xidmətindən bilgi verilib. Bildirilib ki, Erməni silahlı qüvvələrinin hücumunun qarşısı qətiyyətlə alınıb. Güclü və sardıcı zərbələr endirilib. Bundan sonra düşmən ağır itkilər verərək geri çəkilib.