Ötən gün Qarabağdan iki şad xəbər gəldi. Belə ki, Xankəndinin erməniəsilli sakinləri 44-günlük müharibə zamanı terrorçuluqla məşğul olmuş cinayətkarların fotolarını özləri
sökməyə başlayıb.Bu barədə teleqram kanalları bilgi yayıb. Ardınca isə daha bir şad xəbər Qarabağdakı silahlı erməni birləşmələrinin silah-sursatlarını təhvil verməyə başlaması oldu. Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalara əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah-sursatlarını təhvil verir. Bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalı bilgi yayıb. Verilən bilgiyə görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.