ERMƏNİLƏR XANKƏNDİDƏ FESTİVAL KEÇİRƏCƏK

Rusiya sülhməramlıları iki ilə yaxındır ki, Qarabağda müvəqqəti fəaliyyət göstərir. Lakin onların fəaliyyəti heç də qənaətbəxş deyil. Çünki, Qarabağda müxtəlif təxribatlar törədən ermənilərin hərəkətlərini ya görmür, yada görməzdən gəlir. İndi də ermənilər bu qəbildən olan növbəti qanunsuzluğu həyata keçirməyə hazırlaşır. Onlar Xankəndidə guya incəsənət festival keçirəcəklər. Tədbirin təşkilatçıları isə Livan və Rusiyadan Qarabağa köçürülən ermənilərdir. Ancaq nədənsə Rusiya hərbçiləri hər məsələdə olduğu kimi, bu məsələdə susmağa üstünlük verirlər. Ermənilərin torpaqlarımıza icazəsiz səfərləri barədə yetəri qədər sərt fikirlər səsləndirilsə də, görünür sülhməramlılar hələ də düzgün qərar verməkdə acizdirlər. Azərbaycanın uzatdığı sülh əlini israrla geri çevirən ermənilər görünür ki, yalnız güc dilindən anlayırlar. Gedişat onu deməyə əsas verir ki, onlar arzuladıqları dəmir yumruğu görməyə çox yaxındırlar.