ERMƏNİLƏR UKRAYNADA DÖYÜŞƏ HAZIRLAŞIR

Vaqner qoşunlarının Ukraynadan geri çəkilməsindən sonra Rusiyada gedən prosseslər, cəbhədə yeni nəfəs axtarışları Ukrayna siyasi dairələrində diqqətlə analiz

edilir. Məhz bu kritik dövrdə Rusiyadan tirajlanan erməni batalyonu materialı birmənalı şərh edilmir. Rəsmi Kiyev bildirir ki, bu təxribatçı meyllər Rusiyanın planlı təşəbbüsləridir. Eyni zamanda ortada erməni kilsəsi, bayrağı və maddi dəstək faktları təəssüf doğurur. Ukrayna ictimaiyyəti hesab edir ki, cənubi Qafqaz ölkələrinin müharibədə tərəf tutması şərt deyil. Münasibətlərdə beynəlxalq hüquq normalarının prinsipləri əsas götürülsə bu kifayət edər. Azərbaycanın sərgilədiyi nizamlı mövqe, Ermənistan üçün də nümunə olmalıdır. Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 17-ci ayındadır. Cəbhədə əməliyyatlar davam edir.