ERMƏNİLƏR TÜRKİYƏ XİN-İN BƏYANATINDAN QORXUYA DÜŞÜB

Türkiyə Laçın yolu ilə bağlı uzun müddətdir davam edən müzakirələri yaxından izləyir və Azərbaycanın bu məsələ ilə bağlı haqlı narahatlığını anlayır. Bu barədə

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Təəssüf ki, Azərbaycanın uzun müddətdir yüksək səslə səsləndirdiyi bu narahatlıqlar nəzərə alınmadı və nəticədə Azərbaycan öz suveren hüquqları çərçivəsində məqsədəuyğun hesab etdiyi tədbirləri həyata keçirdi. Türkiyə bu fikirdədir ki, Laçın yolu ilə bağlı Azərbaycana qarşı tənqidlərə heç bir əsas yoxdur. Hazırda Laçın yolundan tibbi keçidlərin təmin edilməsi, eləcə də yüklərin daşınması üçün əlverişli olan digər marşrutlar Azərbaycan tərəfinin vicdanla maksimum səy göstərdiyini göstərir – deyə bəyanatda bildirir . Qardaş Türkiyənin bu bəyanatından sonra mənfur qonşularımızda dərhal özlərinin müxtəlif KİV –lərində bilgilər yayımlamağa başladılar. Məqalədə yazılır : - “Azərbaycanın Qarabağ ermənilərinə qarşı təcavüzünü açıq şəkildə dəstəkləyən Türkiyə, Beynəlxalq Ədalət Məhkəməsinin qərarları ilə təsdiqlənən Laçın dəhlizinin bağlanması ilə bağlı Azərbaycana qarşı irəli sürülən ittihamları əvvəlcədən əsassız hesab edir. Laçın dəhlizinin tibbi məqsədlərlə gediş-gəliş üçün açıq olması ilə bağlı dezinformasiya yayan XİN bunu “Azərbaycan tərəfinin xoşməramlılığının göstəricisi” adlandırıb.

Bu yazıdan da göründüyü kimi xəstə təfəkkürə malik haylar əsl həqiqəti görmək istəmirlər. Belə ki, Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Azərbaycan tərəfindən “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərir. Azərbaycan hazırda bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün səy göstərir və bu məqsədlə sülh sazişi, delimitasiya, kommunikasiyaların açılması istiqamətində təşəbbüslər irəli sürüb. Bu səyləri dəstəkləmək əvəzinə mənfur qonşularımız qərəzli bəyanatlar verməklə prosesin müsbət tərəfə yönlənməsinin qarşısını kəsirlər.