Ermənistanın Naxçıvan MR ilə sərhəddə, Araz çayının düz sahilində metallurgiya zavodu inşa etməsi erməni xislətinin növbəti nümunəsidir. Zavodun işə salınması
təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin ekalogiyası və ətraf mühitinə ziyan vurması ilə yanaşı, transsərhəd sularının çirklənməsinə də səbəb olacaq. Ermənistan bunları bildiyi üçün zavodu məhz Naxçıvanla sərhəddə inşa edir. Bütün bunlarla yanaşı Ermənistan ordusu son bir neçə gündə Naxçıvan istiqamətindəki mövqelərimizi də atəşə tutmaqla növbəti təxribata əl atır. Kadrlardan da görürük ki, Sədərəkdə yerləşən bu yaşayış binasının üzərində düşmən təxribatının sübutu kimi güllə izləri var. Bu isə dünyaya özlərini yazıq və fağır millət kimi sırımağa çalışan erməni barbarlarının əsl iç üzünü açmağa kifayət edir. Ancaq erməni hiyləgərliyi bununla da bitmir. Sədərək istiqamətində ordumuzu Azərbaycan- Ermənistan sərhəddini pozmağa və döyüşləri Ermənistan ərazisinə çəkmək istəyən ermənilər məkirli niyyətlərinə çata bilmədiklər üçün, indi də yalandan guya ordumuzun bölmələri tərəfindən zavodun tikintisində çalışan işçilər hədəfə alındığı xəbərlərini yayırlar. Məncə bu kadrlar erməni yalanını aşıq-aydın ortaya qoyur.Ermənistan həmişə olduğu kimi bu dəfə də törətdiyi təxribatları ört-basdır etmək üçün günahı Azərbaycan tərəfinin üzərinə atmağa çalışır. Bir sözlə rəsmi İrəvanın açıqlamaları ənənəvi yalanlar üzərində qurulub.