ERMƏNİLƏR MÜHARİBƏ EŞQİNƏ DÜŞÜB ?

İkibaşlı açıqlamalarla gündəmə gələn İrəvan hökuməti ənənələrinə sadiqlik nümaiş etdirir. Belə ki, yanvarın 23-ü 25-i aralığında Brüsselə işgüzar səfər edən Ermənistan XİN-i Ararat Mirzoyan bu ölkədə keçirdiyi müxtəlif görüşlər zamanı Laçın yolu ilə bağlı mövcud vəziyyət və perspektivdə dayanan digər məsələləri müzakirə edib. Onun fikrincə Laçın yolunun guya blokadasını aradan qaldırmaq üçün iki həll yolu var:-Hərbi və diplomatik. Burada diqqət çəkən məqam 2020 –ci ildə hərbi gücü darmadağın edilən və bu gün arsenalında doğru-düzgün silah-sursatı olmayan Ermənistanın, hələ də məsələni hərbi yolla həll edə biləcəyini düşünməsidir. Bir müddətdir ki, Paşinyan hökumətinin üzvləri, xüsusilə Parlamentin sədri Alen Simoyan Laçın dəhlizi ilə bağlı fikir bildirməkdən çəkinirdi. Hətta müxalifətin bu mövzuda sualına cavab olaraq bildirib ki, Ermənistan Qarabağla bağlı məsələlərə müdaxilə etməməlidir. Buradan belə nəticə çıxartmaq olardı ki, rəsmi İrəvan Qarabağ məsələsində geri addım atır. Lakin, Mirzoyanın məlum açıqlaması ermənilərin nə qədər riyakar olduqlarını bir daha nümaiş etdirdi. İrəvanın atdığı belə addımlar səyəsində Ermənistanla-Azərbaycan arasındakı münasibətlər hələ də gərgin olaraq qalmaqdadır. Məsələnin kökündə isə qarşı tərəfin bitmək bilməyən dənizdən-dənizə Ermənistan xülyası dayanır. Ancaq ermənilər başa düşməlidirlər ki, artıq bu cürə xam xəyyallarla yaşamağın deyil, məhv olmamaq üçün sülhə gəlmək lazımdır.