ERMƏNİLƏR LAÇINI TƏRK EDİR
Baxış sayı: 499
Ermənilər özgə torpaqlarında sona kimi yaşaya bilməyəcəklərini artıq anlamağa başlayıblar. Belə ki, onlar Azərbaycanın Laçın rayonunu kütləvi şəkildə tərk edirlər. Sosial şəbəkələrin erməni seqmentində yayılan bilgilərdə bildirilir ki, bu rayonda yaşayan ermənilərə avqustun 25 - ə kimi, Laçını tərk etməyi tapşırıblar. Bilgiyə görə bu tapşırığı Xankəndindəki qondarma rejimin rəhbəri Arayik Aruturyan verib. Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər yerli mətbuata müsahibələrində bundan sonra başlarına nə gələcəklərindən xəbərsiz olduqlarını deyiblər.
Bilginin doğru olduğunu təsdiqləyən Laçındakı erməni icmasının rəhbəri Narik Aleksanyan bildirib ki, Xaçkarlar və qəbirlər köçürüləcək. Ermənilər isə ya Xandəndinə, yada ki, öz ölkələrinə geri dönəcəklər