“Xaçlılar” dəstəsinin üzvləri iyulun 26-dan Ermənistandan Qarabağa humanitar
yardım göndərilən yük maşınlarının yerləşdiyi Laçın dəhlizinə yaxın əraziyə çatıblar. “Xaçlılar” dəstəsinin komandiri Sarqis Poqosyan bunu ErmənistanIN NEWS.am xəbər portalının müxbirinə müsahibəsində bildirib. O, əlavə edib ki, onların sayı 150-yə yaxındır. “Hələ ki, sakitçilikdir. Bir az dincələk, sonra isə sülhməramlılarla danışıqlara başlayacağıq. Əgər müsbət nəticə əldə edə bilməsək, yolu güc işlətməklə açmalı olacağıq. Düşünürəm ki, bu ən sonuncu variantdır”, - deyə Poqosyan əlavə edib. Xatırladaq ki, avqustun 8-də “Xaçlılar” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Laçın dəhlizinin yaxınlığında dayanmış dırnağarası humanitar yardım maşınlarının Qarabağa çatdırılmasına yardım etmələri üçün Nazirlər Kabinetinə vaxt vermişdilər. Əks halda hökuməti güc tətbiq edəcəkləri ilə də hədələmişdilər. Hökumətdən heç bir cavab ala bilməyən etirazçılar ötən gecə Laçın dəhlizinə doğru yola düşüblər.