ERMƏNİLƏR KƏRKİNİ BAŞKƏNDLƏ ƏVƏZLƏMƏK İSTƏYİRLƏR
Baxış sayı: 48
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan Konstitusiyasının dəyişdirilməsi, dəhliz və anklavların qaytarılması tələblərini davam etdirir.Bu barədə “Hraparak” nəşrinin yaydığı məlumatda bildirilib.Nəşr Qazaxın hazırda işğalda qalan 3 kəndinin geri tələb edilməsini Azərbaycanın “Ermənistan-Gürcüstan dövlətlərarası yolunun bir hissəsinə iddia” kimi təqdim edib. Halbuki anklavlar tələbi Azərbaycanın haqqıdır, o ayrı məsələ ki, hazırda işğalda qalan Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin ərazisindən Ermənistan-Gürcüstan dövlətlararası yolu keçir və təbii ki, bu yolun bir hissəsi Azərbaycan ərazisidir.Nəşr iddia edib ki, Paşinyan qapalı iclasda İlham Əliyevin Kərkini, eləcə də Tavuşda Azərbaycana məxsus olan üç kəndi, o cümlədən Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun bir hissəsini tələb etməsi barədə partiyadaşlarını bilgiləndirib. “Yerkrapa” təşkilatının sədri, Mülki Müqavilə Partiyasının İdarə Heyətinin üzvü Sasun Mikaelyan qapalı iclasda Paşinyana sual verib: “Kərkini Başkəndlə əvəzləmək mümkün deyilmi? Aydındır ki, Kərkinin verilməsi ilə Zəngəzur və Dərələyəzin Ermənistanın qalan hissəsi ilə əlaqəsi kəsiləcək”. Paşinyan isə bu sualdan qəzəblənib: “Məni cinayətə sövq edirsən? Mən Ermənistan Respublikasına məxsus ərazi ilə bağlı birtərəfli qərar qəbul edib öz imzamla Başkəndi Azərbaycanın tərkibinə necə verə bilərəm?”.
#Azərbaycan #Ermənistan #Kərki #Zəngəzur #Başkənd #Paşinyan