ERMƏNİLƏR KƏLBƏCƏR VƏ FÜZULİ İSTİQAMƏTİNDƏ TƏXRİBAT TÖRƏDİB

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun

Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi bilgi yayıb. Qeyd olunub ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, saat 11:55-dən 12:15-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında öz mövqelərini gücləndirmək məqsədilə yerdəyişmə etməyə cəhd göstəriblər. Qanunsuz yerdəyişmənin qarşısını almaq məqsədilə bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.