ERMƏNİLƏR KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ ATƏŞKƏSİ POZDULAR

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bilgi yayıb. Azərbaycan Müdafiə Nazirliyindən o da bildirilib ki, Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.