ERMƏNİLƏR KREML ƏLEYHİNƏ ÇAĞIRIŞLAR EDİRLƏR

Ermənistanda Rusiya əlehinə danışanların sayı durmadan artır. Xüsusən daşnaqlar

yerli KİV – lərində kreml əleyhinə açıq-aşkar sərt və kəskin çıxışlar edirlər. Onlar erməni ictimaiyyətini qərblə, xüsəsn də ABŞ və Fransa ilə yaxınlaşmağa çağırırlar. Rusiyadan Ermənistana səfər edən politoloqlar və jurnalistlərin Zvartnots Beynəlxalq Hava limanında xüsusi yoxlamalara cəlb edilməsi, bəzi hallarda isə geri qaytarılması ziddiyyətləri daha da artır. Rusiyada erməni icmalarının rəhbəri Ar Abramyan hesab edir ki, diplomatik münasibətlərin bu vəziyyətə gəlməsində Ermənistanın hazırki siyasi rəhbərliyi məsuliyyət daşıyır. Əgər Ermənistan özünü regionda sülhlə cilovlamaq istəyirsə, onda qərbin diqtəsi ilə otururb durmamalı, əksinə müttəfiqi Rusiya ilə diplomatik əlaqələrə yenidən baxmalıdır. Əks təqdirdə Ermənistan daha da dərin uçuruma yuvarlanacaq – deyə Abramyan əlavə edib. Onun sözlərinə görə son 9 ayın göstəriciləri onu göstərir ki, Ermənistana səfər edən rusiyalı turistlərin sayında kəskin azalma var. Buda sonda ölkə büdcəsinə təsirsiz ötüşməyəcək.

{youtube}HEwi88_70uk{/youtube}