ERMƏNİLƏR AZƏRBAYCANDA YAŞAMAĞA GƏLİR?

“Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalana bilər”. Erməni mediasının məlumatına görə, bunu jurnalistlərə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti təkliflərini artıq rəsmi Bakıya təqdim edib. Spiker mediaya açıqlamasında həmçinin müəyyən müddətdən sonra ermənilərin Azərbaycanda yaşamağa gələcəyini, azərbaycanlıların bir qisminin isə Ermənistana gedib ticarətlə məşğul olacağını da istisna etməyib. Parlamentin spikeri onu da bildirib ki, belə bir nəticə bu gün və ya sabah olmaya bilər, ancaq Ermənistan və Azərbaycan eyni regiondadırlar və bütün problemləri həll etməlidirlər.