ERMƏNİLƏR AZƏRBAYCAN SƏFİRLİYİNƏ SOXULMAĞA CƏHD EDİBLƏR

Sentyabrın 28-də Beyrutda ermənilər Azərbaycanın Livandakı səfirliyinə basqın etməyə cəhd ediblər. Bu barədə sosial şəbəkələrin erməni seqmentində bilgi yayılıb. Azərbaycanın Qarabağ bölgəsindəki separatçı qurumun özünü ləğv etdiyini elan etməsindən sonra 1500-dək erməni Azərbaycanın Livandakı səfirliyinə hücuma cəhd edib. Onlar səfirliyin yaxınlığında Livan təhlükəsizlik qüvvələri tərəfindən dayandırılıb. Livan hüquq-mühafizə orqanlarının əməkdaşları ilə erməni daşnaklar arasında toqquşma baş verib. Verilən bilgiyə görə, ermənilər polisə molotov kokteyli, butulka, daş və fişəng atıblar. Polis gözyaşardıcı qazdan istifadə edib.Təhlükəsizlik qüvvələri ermənilərin Azərbaycan səfirliyinə soxulmasına imkan verməyib.