İyunun 14-ü saat 7:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan
Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə bilgini Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Xatırladaq ki, iyunun 12-si və 13-də d’ə Naxçıvandakı mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdu.