ERMƏNİ KOMUNİSTLƏRİ NƏ İSTƏYİR?

İrəvanda Ukraynada Hərbi əməliyyatlar aparan Rusiyaya dəstək aksiyası keçirilib. Rusiyanın İrəvandakı səfirliyi qarşısında keçirilən aksiyada Ermənistan Kommunist Partiyasının nümayəndələri və onların əməkdaşları iştirak ediblər. Kommunist Partiyasının lideri Verjani Qazeryan qeyd edib ki, onların partiyası faşizm və millətçiliyə qarşı yönəldiyi üçün Rusiyanın Ukraynada başlatdığı xüsusi əməliyyatı tam dəstəkləyir.