Erməni diasporu bu gün Qarabağdakı separatçıların qondarma “müstəqillik günü” ilə bağlı müxtəlif ölkələrdə mitinqlər keçirəcək. Analoji tədbirlər Xankəndidə planlaşdırılsa
da, Araikin “istefası”ndan sonra səssizliyə bürünüblər. Aydın məsələdir ki, ermənilərin özlərini göstərmək üçün nəsə edəcəkləri istisna deyil, hərçənd, qondarma “bayramlarında” “başsız” qalmaları separatçıların sonunun bir qədər də yaxınlaşması kimi qəbul edilə bilər.