Erməni bloger Karen Şirinyan Azərbaycan Prezidenti İlham Əliyevdən qanunsuz xuntanın bütün nümayəndələrinin həbsini xahiş edib.
O bu barədə öz Facebook səhifəsində yazıb.
"Mən Azərbaycan liderindən yalnız bir şey istəyirəm: Qarabağın dəyərsiz "prezidenti" və "nazirləri" həbs edilsin, günahsız insanlara yol verilsin. Qarabağa vəba və xalqları məhv edənlər lazım deyil", - Karen Şirinyan yazır.
Xatırladaq ki ötən gün digər bir erməni bloger Natali Aleksanyan Azərbaycan prezidentinə Qarabağ sakinləri üçün təhlükəsiz dəhlizlərin verilməsi ilə bağlı müraciət etmişdi. Onun müraciətində deyilirdi
“Hörmətli cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağın günahsız sakinlərinin həyatını mümkün qədər qoruyasınız, uşaqların ölməsi və yaralanmasının qarşısını alasınız. Sizdən xahiş edirəm ki, imkan daxilində onların od-alov içindən çıxarılması və canlarının qorunması üçün təhlükəsiz dəhlizlər ayırasınız. Hörmətlə, Natali Aleksanyan”, - bloger müraciətində bildirib.