ERMƏNİ ANALAR PAŞİNYANIN HƏBSİNİ İSTƏYİR

İrəvanda ölən hərbçilərin valideyinlərinin aksiyası keçirilib. Ötən gün İrəvannda Baş Prokurorluğun qarşısında keçirilən etiraz aksiyasında ikinci Qarabağ müharibəsində ölən hərbçilərin valideyinləri Paşinyanın həbsini tələb ediblər. Nikol Paşinyanı cinayətkar kimi tanımaq və həbs etmək üçün kifayət qədər əsaslar var. Hamımız bilirik ki, Paşinyan niyə həbs olunmur. Bu insanlar öz gələcəklərini bizim və uşaqlarımızın hesabına qururlar. Çox istərdik ki, onlar haqqında hökm, öz övladlarının əl ilə verilsin – deyə etirazçılar bildiriblər. Onu da qeyd edək ki, ölən hərbçilərin valideyinləri Prokurorluğ bitişik küçəni bağlayıblar. Onlara polis tərəfindən səs gücləndiricilərlə aksiyanı davam etdirməyə icazə verilmədiyi bildirilib.