ELEKTRON SİQARETLƏR TÜTÜNDƏN DAHA ZİYANLIDIR

İstər tütünü qəzetə bük, istər tənbəki çubuğuna doldur hər dövürün öz dəbi olduğu kimi nikotin aludəçilərinin də öz dəbləri olub və indi də var. Həm də daha zərərli. Əgər təbii tütün, el arasında tənbəki kimi bilinən məhsul insan orqanizmi və onu çevrələyən ətraf mühit üçün az zərərli idisə son günlərin trendinə çevrilməyə başlayan elektron siqaretlər həm insan sağlığı, həm də ekologiya üçün böyük faciədir. Öncəliklə bu elektron siqaretlərin insan sağlığına vura biləcəyi zərərləri araşdırdıq. Bəlli oldu ki, siqaret çəkən insanlar bu elektron siqaretləri nikatin asılığını azaltmaq və sonunda zərəli vərdişlərdən qurtulmaq üçün istifadə etsələr də istədikləri sonucu əldə edə bilməzlər. Ekspretlərin fikrincə tütün çəkən insanlarda asılığı nikotin yaradır. Nikotin isə elektron siqaretdə var, yəni elektron siqaretin istifadəsi üçün nəzərdə tutulmuş mayeni istehsal edən şirkətlər deyirlər ki, elektron siqaretdə istifadə olunan və sıfırla işarələnən mayenin içərisində nikotin yoxdur. Ancaq rəqəmlər artdıqca, məsələn 1, 2, 3, 4 mayenin içərisindəki nikotinin də miqdarı artır. Qeyd edim ki, sıfır nömrəli elektron siqaret üçün nəzərdə tutulmuş mayenində içərisində belə nikotin var. Ona görə də siqaret çəkməyi dayandırıb elektron siqaretə keçənlər elektron siqaretin istifadəsi zamanı artıq tütün məhsullarına ehtiyac olmadığını söyləyirlər. Çünki onlar həmin o asılılıq yaradan tütünün içərisində olan nikotini elektron siqaretdə də alırlar, qəbul edirlər. Ona görə də elə fikirləşirlər ki, artıq siqaret asılılıqları keçib. Amma məsələ burasındadır ki, elektron siqaretlərin istifadəsi üçün nəzərdə tutulan mayeləri istehsal edən şirkətlər, ölkələr özləri nə istəsələr, hansı dozada istəsələr onu mayenin içərisinə əlavə edirlər. Artıra da, azalda da bilirlər. Onun üçün də tütün məhsullarını tərgidib, elektron siqaretə keçənlər tütün məhsullarına qayıtmasın deyə həmin maddələrin miqdarını artırırlar ki, bu da orqanizmə daha çox zərər yetirmiş olur. Bir dəfə çəkilən elektron siqaret bir paçka tütün məhsullarından hazırlanmış siqaretə bərabər ziyanlı təsirə malikdir. Elektron siqaretlərin mayelərinin içərisində olan konsertləndirilmiş maddələr tənəffüs sisteminə təsir edir. Elektron siqaretdə texniki təsir daha çoxdur, yəni, istilik təsiri daha çoxdur. Bu da tənəffüs yollarının qurumasına, yerli immunitetin zəifləməsinə düşən mikroorqanizmlərin həmin qurumuş tənəffüs yollarında inkişaf etməsinə, əlavə təsirlərin yaranmasına səbəb olur. Mütəxəssislər elektron siqaretlərin insan sağlığına zərər vurduğu kimi ekologiya üçün də fəsadlar törətdiyi ilə bağlı həyacan siqnalı vururlar. Onu da qeyd edək ki, hazırda dünya ölkələrinin əksəriyyətində elektron siqaretin idxalı qadağandır.