Fransanın paytaxtı Paris şəhərində yerləşən Luvr muzeyinin rəhbərliyi ziyarətçilərə sayt vasitəsi ilə əvvəlcədən bilet almayanların müəssisəyə buraxılmama ehtimalı barədə xəbərdarlıq edib.
Administrasiya belə bir məhdudiyyəti açıq şəkildə birinci dəfədir elan edir. Muzeyin saytında belə bitr xəbərdarlıq yerləşdirilib: "Ziyarətə zəmanət vermək üçün onlayn bilet almağı təkidlə məsləhət görürük". Rəhbərlik bu şəkildə ziyarətçi axınının artması problemini həll etməyə çalışır.