Havalar nə qədər mülayim keçərsə, kənd təsərrüfatı məhsulları da bir o qədər bol olar. Yaz fəsli olmasına baxmayaraq mülayim havaları təbiətin öz şıltaqlığı əvəz edir.
Bu Şimal bölgəsi rayonları üçün xarakterik olsa da aprelin 7-də Qubanın şəhər mərkəzinə və dağlıq ərazilərə qarın yağması özü ilə bir xoş əhval ruhiyyə gətirdisə də bağçılıqla məşğul olan fermerlərdə bir az narahatlıq doğurdu. Amma qarın yerdə qalmaması və havanın hərarətinin mənfi dərəcəyə enməməsi artıq çiçək açan meyvə ağacları üçün yaranan təhlükəni aradan qaldırdı. Qafqaz televiziyasında yayımlanan “Karantində” verilişinin qonağı olan DAİM-nin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılov qeyri-sabit keçən hava şəraitinin meyvə bağlarına və əkin sahələrinə təsirini də qeyd edib.Çıxışında yeni salınan müasir bağları dolu və qardan qorumaq mümkün olduğunu vurğulayıb.Xatırladaq ki, verilişdə koronavirus pandemiyası ilə bağlı karantin rejimində kənd təsərrüfatı işçilərinin hərəkət etmələri ilə bağlı icazələr haqqında və subsidiya kartlarının hansı şərtlərlə veriləcəyindən də danışılıb.