Görülən işlərlə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev tanış olub.
Quba rayonunun Dəvədabanı ərazisindəki elektrik yarımstansiyasında əsaslı yenidənqurma işləri aparılır.İşlərlə yerində tanış olan əməkdaşlarımız Azərenerji ASC Xaçmaz Regional Elektrik Şəbəkə MMC 110 kilovoltluq Quba yarımstansiyası 1970-ci ildən istismardadır. Ötən müddət ərzində bu yarımstansiyada heç bir əsaslı təmir işlərinin aparılmamasının nəticəsiydi ki, buradakı avadanlıq və açarlar müasir tələblərə cavab vermirdi.Son dövrlər Qubanın sosial-iqtisadi inkişafı elektrik enerjisinə tələbatı da artırmışdı.Qeyd olunanlar nəzərə alınaraq yarımstansiyada əsaslı yenidənqurma işlərinə başlanıb.Görülən işlərlə tanış olan Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevə məlumat verilib ki,yarımstansiyada 10 kv-luq yeni qapalı paylayıcı qurğu və şneyderlər quraşdırılır.Həmçinin rekanstruksiya işləri də aparılır. Yenidənqurma işləri başa çatdırıldıqdan sonra yarımstansiyanın əhatə dairəsinə daxil olan ərazilərdə elektik enerjisi təminatı əsaslı şəkildə yaxşılaşdırılacaq.Enerji verilişində hər hansı məhdudiyyət halı yaşanmayacaq.Qeyd edək ki,Azərenerji ASC-nin Xaçmaz Regional Elektrik Şəbəkə MMC 110 kilovoltluq Quba yarımstansiyasında aparılan yenidənqurma işləri 2020-ci ilin ilk aylarında başa çatdırılacaq.