Bu il Qubanın 11 kənd və bir yaşayış massivinə ilk dəfə təbii qaz verilib.SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.
Qafqaz tv açılış mərasimindən hazırladığı süjeti təqdim edir. Ümumilikdə, 605 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 33 min 515 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Dəvədabanı yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, “Azəriqaz” İB-nin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində Quba ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində rayonun qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir. Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi məşəl alovlandırılıb,yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. Ilk dəfə mavi yanacaqla təmin olunan evlərə baxış olub,abonentlər təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriliblər. Qeyd edək ki,bu il Qubanın 11 kənd və bir yaşayış massivinə ilk dəfə təbii qaz verilib.