DƏNİZLİ MEŞƏLƏRİ ALTI GÜNDÜR YANIR
Baxış sayı: 78
Dənizlinin Merkezəfəndi mahalında 6 gün əvvəl başlayan meşə yanğını Tavas rayonu sərhədlərinə çatıb. Tavas Bələdiyyə Başçısı Kadir Tatık vətəndaşlardan yanğın hovuzuna traktorla su vermələrini istəyib. 24 oktyabr 2024-cü il Cümə axşamı günü saat 14.20 radələrində Dənizlinin Mərkəzəfəndi mahalı sərhədləri daxilində, Karcı dağında baş verən meşə yanğını davam edir. Yanan ərazinin dərə vəziyyətində olması, qayalıqların və sıldırım yamacların üstünlük təşkil etməsi yanğınsöndürənlərin işini çətinləşdirir. Giriş yolunun olmaması səbəbindən yanğın ərazisinə quru müdaxiləsi məhduddur. Qeyd edək ki,Havadan müdaxiləyə qatılan helikopterlər bölgənin vadi quruluşu və yaranan tüstü səbəbindən bəzən suyu boşaltmaqda çətinlik çəkir. Sıldırım, qayalıq və girişi çətin bölgədə davam edən yanğına havadan və qurudan intensiv müdaxilə edilməsinə baxmayaraq, təəssüf ki, alov Tavas rayonu sərhədlərinə çatıb.