DƏNİZ SUYU İLƏ KORONAVİRUSA YOLUXMAQ MÜMKÜNDÜR?

Araşdırmalar göstərir ki, koronavirusun dəniz və hovuz sularından ötürülməsi ehtimalı azdır.Dəniz suyunun duz və sıxlığının virusun yaşaması üçün uyğun bir mühit təmin etmədiyi, hovuzlarda xlor içərisində istifadə edilən dezinfeksiyaedici maddələrin virusu zərərsizləşdirdiyi bildirilir.

Buna baxmayaraq , çimərlik və hovuz sahələri kimi ümumi ərazilərdəki sosial məsafə qaydalarının pozulması ehtimalı elm adamlarını və ictimai səhiyyə mütəxəssislərini daha çox narahat edir. Epidemiya zamanı dənizdə, hovuzda və ya göldə üzmək təhlükəsiz olub olmadığı və görüləcək tədbirlərlə bağlı araşdırma apardıq.Elm adamları da koronavirusun dənizə, çaylara və göllərə kanalizasiya yolu ilə daşınmasının mümkünlüyü barədə xəbərdarlıq edirlər. Bununla birlikdə, virusun sudan yoluxma şansının çox az olduğu bildirilir. Arizona Universiteti Su və Enerji Davamlı Texnologiyalar Mərkəzinin professoru Dr. Ian Papper, "Covid-19-un su ilə ötürülməsi ehtimalı azdır" deyir. Alimlər virus hissəciklərinin suyu çirkləndirə biləcəyini vurğulayırlar, lakin dəniz və okean kimi böyük su bölgələrində bu miqdar az olacaq. İspaniya Elmi Tədqiqatlar Ali Şurasından edilən açıqlamaya görə."Dənizdəki duzun yüksək olması, virus yükünün azaldılmasına gətirib çıxarır", Hovuzlara gəldikdə isə bu dövrdə üzmə ümumiyyətlə sağlamlıq üçün təhlükəsizdir. Hovuzdakı su və xlor virusu zərərsizləşdirməyə kömək edəcək. Dənizə və hovuza girərkən nələrə diqqət yetirmək lazımdır? Elm adamlarını narahat edən bir məsələ virusun dənizə və ya hovuza girən insanlara ötürülmə riskinin su ilə deyil, yoluxmuş insanların öskürməsi və ya asqırması yolu ilə ətrafa yayıla bilməsidir. Alimlər deyir ki,"Hovuzlara girmədən əvvəl və sonra duş qəbul etməyi unutmamalı, həmçinin infeksiya riskini azaltmaq üçün digər ictimai yerlərdə gigiyenik tədbirləri çimərlik və hovuz sahələri kimi mühitlərdə tətbiq etmək lazımdır".