DƏMİR YUMRUQ, YOXSA SÜLH?

Qarabağ münaqişəsinin həlli regionda sülh və təhlükəsizlik üçün bir fürsətdir. İndi biz sülh haqqında danışırıq, hesab edirəm ki, belə uzun müdətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavükarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir.Bunu prezident İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirdi.Dövlət başçısı bildirdi ki, Azərbaycan artıq öz tərəfindən sülh razılaşması üzrə komissiya yaradıb və biz eyni addımın Ermənistan tərəfindən atılmasını gözləyirik. Bu addım atılan təqdirdə danışıqlar başlayacaq.