DƏHŞƏTLİ İSTİLƏR NEÇƏ GÜN DAVAM EDƏCƏK ?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi bilgiyə görə ölkə ərazisində isti hava şəraiti Avqustun 15-dək  davam

edəcək. Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi,  maksimal temperaturun 35-39, bəzi günlərdə  41 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında Avqustun 15-dək havanın maksimal temperaturu 35-40, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 43, dağlıq  rayonlarda  29-34 dərəcə isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən yüksək isti temperatur, diskomfort şərait əksər əhali üçün əlverişsiz,  meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Uzun müddət açıq havada olmaq məsləhət deyil. Bu zaman xüsusi baş geyimlərindən və ya çətirlərdən istifadə məsləhətdir.