DÜZGÜN YUXU REJİMİNİN İNSAN HƏYATINDA ÖNƏMİ

yuxu fiziki yorğunluqla zehni yorğunluğun aradan qaldırılması üçün vacib prosesdir yuxu insan həyatı üçün ən önəmli tələbatlardan biri kimi göstərilir. Bu, belə olmasaydı, yəqin ki, həyatımızın təxminən üçdə birini yuxuda keçirməzdik. Bütün həkimlərin ümumi insan fiziologiyasına uyğun təyin etdikləri yuxu norması 8 saatdır. Ancaq təbii ki, istisnalar var. Elə insanlar var ki, 4-5 saatdan artıq yata bilmir və bununla da özlərini çox yaxşı və gümrah hiss edirlər. Əksinə, elə insanlar da var ki, onlar 10-12 saat yatsalar da, yuxudan doymadıqlarını söyləyirlər. Bu, insanların dəyişkən fiziologiyasından və stress vəziyyətindən asılı olaraq dəyişə bilir. Əgər gün ərzində insan özünü yuxulu hiss edirsə, bu ya yuxu normasının ödənilməməsi, yaxud normadan artıq yatmaqla əlaqədardır. Yuxu rejiminin pozulması adətən o vaxt baş verir ki, həmin insanın gündəlik rejimi olmur. Hər gün səhər saat 8-də oyanmaq məcburiyyəti olanlar istər-istəməz axşam da tez yatırlar və beləliklə, rejim yaranır. Şiddətli psixi gərginlik, beyni məşğul edən suallar çox olduqda və bu gərginliyi azaltmaq üçün hər hansı bir üsuldan istifadə edilmədikdə də yuxu rejimi pozula bilər.Hazırki dönəmdə yuxu rejiminin pozulması ilə bağlı psixoloqa müraciət edən insanların sayı çoxdur.Məlum olur ki həmin insanlar gün ərzində demək olar ki, zehni və ya fiziki yorğunluq yaradacaq hər hansı bir işlə məşğul olmurlar.Hər gün fərqli-fərqli vaxtlarda yatıb, fərqli vaxtda oyanmaq da yuxu pozuntusunun əsas səbəblərindən biridir. Bir sözlə desək, gündəlik rejimi olmayan şəxslərin yuxu rejiminin pozulması ehtimalı daha çoxdur.Müasir səbəblərdən digəri isə osial şəbəkələrdə keçirilən maraqlı hesab olunan dəqiqələr, hətta saatlardır. Gənclər vaxtlarının necə keçdiyini hiss etmədikləri sosial şəbəkələrdə olduqları müddətdə zaman qavrayışı pozulur. 3 saat keçirdiyi vaxtı yarım saat kimi hiss edir və beləliklə, orqanizm və psixika öyrəşdiyi bioloji ritmdən çıxır. Bu isə nəinki yuxu rejiminin pozulmasına, hətta orqanizmdə və psixikada müəyyən pozuntulara səbəb olur.Və sonda onu deyə bilərik ki ,"Yuxu barmaq izi kimidir. Yəni hər fərdin yuxu müddəti qulağı, burnu, saçı kimi yalnız özünə məxsusdur. Hər bir insan özünün yuxu müddətini bilməlidir. Yəni o, neçə saat yatanda gümrah olur, nə qədər artıq yatanda ona mənfi təsir edir, bunu fərd özü təyin etməli və sağlam yuxuyla sağlam həyatına davam etməlidir…..