Ukraynanın paytaxtı Kiyev Çernobldakı yanğına görə dünyanın ən çirkli havası olan şəhəri hesab edilib.Bəzi rayonlarda mütəxəssislər havanın çirklənmə dərəcəsinin insanların həyatına təhlükə yarada biləcəyini deyiblər.
Hava normadan 6-7 dəfə artıq çirklənib.Sakinlərə qapı və pəncərələri kip örtmək, tənəffüslə bağlı problem yaranarsa, həkimə müraciət etmək tövsiyə edilib.Şəhərin üzəri qatı qara dumanla əhatələnib.Tüstünün yaratdığı duman avtomobillərin hərəkətlərinə mane olur.