DÜNYANIN ƏN UZUN LİMUZİNİNİN ƏVVƏLKİ GÖRKƏMİ BƏRPA OLUNACAQ

"American Dream" ötən əsrin 90-cı illərində Cey Orberq tərəfindən inşa edilib.

Orberq dünyada ən iri avtomobili yaratmaq üçün 1976-cı ildə buraxılmış iki "Cadillac Eldorado" limuzinini birləşdirib, ona 26 təkər quraşdırıb, bir neçə motorla təchiz edib. Nəticədə 30,5 mertlik avtomobil alınıb, onun bortunda cakuzi, helikopter meydanı və hovuz yerləşdirilib."American Dream" son illərdə "Autoseum" muzeyinin anbarında saxlanılıb. Limuzin Menninqin əlinə düşənə qədər acınacaqlı vəziyyətdə olub: onun gövdəsi çox yerdə pas atıb, ön bamperi, faralarından biri, bir neçə təkəri olmayıb.Sözü gedən avtomabil elə Menninq tərəfindən təmir ediləcək. Artıq avtomobilin ilkin görkəminə qaytarılması prosesinə başlanıb.Menninqin sözlərinə görə, limuzinin bərpası bir il çəkə bilər və ən tezi gələn ilin baharında hazır olacaq.