DÜNYANIN ƏN QORXULU OTELİ

Kolumbiyadakı Hotel del Salto dünyanın ən maraqlı və qorxulu otelidir Hotel del Salto Kolumbiyada Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yerləşən bu otel 1923-cü ildə Kolumbiya prezidenti Pedro Nel Ospina-nın dövründə tikilib. Fransız üslubunda tikilən bina əvvəllər otel kimi istifadə olunmayıb. Pedro Nel Ospina-nın hakimiyyətindən sonra, 1928-ci ildən bina otel kimi istifadəyə verilib və varlı insanların sevimli istirahət yerinə çevrilib. Hətta 50-ci illərdə otelin müştəriləri o qədər artıb ki, oteli böyüdüb 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başladı. Daha bir maraqlı məqam isə otelin yanındakı Tequendama şəlaləsi haqqında yerli əhalinin təsəvvürüdür. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atırlarmış. Bununla da onlar qartala çevrilərək azad olduqlarına inanırdılar.Onsuzda haqqında mifik təsəvvürlər olan bu oteldə başqa qəribə hadisələrin baş verməsi otelin taleyini həll edir. 90-cı illərdən sonra heç kəs bu otelə gəlmir və beləliklə Hotel del Salto bağlanır.Hazırda isə bu otel muzey kimi istifadə olunur, amma maraqlısı odur ki, hələ də heç kim otelin içinə girməyə cəsarət etmir, ona görə də otelin içərisi tamamilə dağılmış vəziyyətdədir. Turistlər də daha çox binanı kənardan görməyə və buradakı möhtəşəm mənzərəni seyr etməyə gəlirlər.