Antarktida sahillərində yerləşən aysberq dağılmağa başlayıb.Bu barədə Böyük Britaniyanın Suonsi Universitetinin tədqiqatçıları məlumat yayıb.
A-68 aysberqinin 175 kvadrat metr sahəyə malik hissədən məhrum olması onun tamamilə əriməsinə səbəb ola bilər.Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. Həmin vaxt onun sahəsi 5,8 min kvadrat metr təşkil edirdi. Bu, Lüksemburqun sahəsindən iki dəfə böyük ərazidir.A-68 aysberqinin bir hissəsinin qopması buzlağın sahəsinin 12 faizinin azalmasına gətirib çıxarıb.Onu da bildirək ki, alimlər qlobal istiləşmə ilə əlaqədar aysberqlərin bir qisminin əriyəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində dünya okeanı səviyyəsinin qalxmasına, quru ərazilərin, o cümlədən materiklərin sahillərinin, habelə adaların su altında qalmasına səbəb olacaq.