DÜNYANIN YAŞAM ÜÇÜN ƏN YARARLI ŞƏHƏRİ

Yeni Zelandiyanın Oklend şəhəri 2021-ci ildə dünyanın həyat üçün ən yararlı yaşayış məskəni adını qazanıb .bu, Böyük Britaniyanın “The Economist” jurnalının nəzdində fəaliyyət göstərən “Economist Intelligence Unit” (EIU) analitik bölməsinin apardığı araşdırma nəticəsində məlum olub. Araşdırmalar zamanı Yeni Zelandiyanın ən böyük şəhəri olan Oklend Yaponiyanın Osaka və Avstraliyanın Adelaida şəhərlərini geridə qoyaraq, dünyanın 140 şəhəri arasında ən yüksək reytinq qazanıb.Qeyd edilib ki, mütəxəssislər dünya şəhərləri arasında həyatın keyfiyyətini bir neçə göstərici əsasında müəyyən ediblər. Buraya sabit inkişaf, mədəniyyət, ekologiya, səhiyyə, təhsil və infrastruktur kimi göstəricilər daxildir.Reytinq müəlliflərinin qənaətinə görə, koronavirus pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər Asiya-Sakit okean regionu şəhərlərinin Avropa və Kanada meqapolislərini üstələməsinə imkan yaradıb. Oklend şəhərinin birinci yerə yüksəlməsinin əsas səbəbi də məhz hakimiyyət orqanlarının COVID-19-la mübarizədə qazandığı uğurlar olub.