DÜNYADA ƏN ÇOX TURİST HARA GEDİR?

Portuqaliyanın əsas maliyyə və iqtisadi mərkəzlərindən biri olan Porto 2022-ci ilin yay mövsümü üçün səyahətçilər arasında ən populyar istiqamət olaraq seçilib. “Pinterest” internet portalı səyahətçilər arasında yay mövsümünün səyahət istiqamətlərinə dair sorğu keçirib. Nəticələrə əsasən, son bir neçə ayda trafikin ən çox artdığı ilk 10 ən məşhur istiqamət tərtib edilib. Onluqda Portuqaliyanın Porto, Yunanıstanın Korfu, İtaliyanın Komo gölü, İspaniyanın Mayorka, İbiza və Madrid, Yunanıstanın Mykonos, Türkiyənin İstanbul, Taylandın Phuket, Fransanın Nitsa turizm məkanları yer alıb.