DÜNYADA ƏN KİÇİK TELEFONUN YENİ VERSİYASI TƏQDİM EDİLİB.

3 il öncə təqdim olan “Zanco Tiny T1” adlı dünyanın ən kiçik mobil telefonunun yenilənən versiyası hazırlanıb.

“Tiny T1”in çəkisi 13 qr təşkil etdiyi halda “Tiny 2” aparatının çəkisi 31 qramdır. Cihaz yalnız vizual olaraq yenilənməyib, həm də bir sıra mühüm dəyişikliklər edilib.Belə ki, akkumulyatorun tutumu “Tiny T1” ilə müqayisədə 300 milliamper/saat artırılaraq 500 milliamper/saat olub.Cihaz indi “Bluetooth” modulu ilə təchiz edilib və “3G” şəbəkələrində işləyir. İnformasiyanın göstərilməsi üçün 128x96 piksel təsvir ölçülü 1 düymlük TFT displey quraşdırılıb.“Tiny 2” aparatı, həmçinin 0,3 meqapiksellik kamera və işıqlandırıcı ilə təchiz edilib. Hətta tutumu 32 QB-dək olan yaddaş kartlarının dəstəklənməsi nəzərdə tutulub, qurğunun daxili yaddaşı 128 MB, əməli yaddaşı isə 64 MB-dır. Yenilənən model MP3 və MP4 formatında audiofaylları səsləndirməyə də imkan verir. Xatırladaq ki ,hazırlanan Tiny 2 modelinin qiyməti cəmi 79 ABŞ dollar təşkil edir.