DÜNYADA İLK UŞAQ BAYRAMI

Beynəlxalq Uşaq günü Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün dünya uşaqlarına verdiyi bir hədiyyədir. Türkiyənin hər bir tərəfində bu gün bayram əhval-ruhiyyəsi yaşanır. 23 Apreldə bayram Türkiyə Respublikası dövlət adamlarının Anıtkabir də daxil olmaqla müxtəlif Atatürk abidələrindən etdikləri rəsmi mərasimlərlə başlayır. Stadionlarda ibtidai təhsil şagirdlərinin hazırladığı nümayişlərin sərgilənməsi və rəsmi keçid mərasimiylə davam edir. Rəsmi tədbirlərdən sonra müxtəlif növ yarışmalar təşkil edilir. Müxtəlif qeyri-hökumət təşkilatları və ya təşkilatlar tərəfindən təşkil edilən tədbirlərə yer verilir.1979-cu ildən qeyd olunmağa başlayan Beynəlxalq 23 Aprel Uşaq Şənliyi, 23 Apreli bütün dünya uşaqlarının qeyd etdiyi bir bayram halına gətirməyi məqsəd qoyub. Birinci dəfə yalnız SSRİ, İraq, İtaliya, Rumıniya və Bolqarıstanın iştirak etdiyi şənliyə hazırda təxminən 50-dən çox ölkənin uşaqlarının iştirakı ilə keçirilir. “Bu günün balacaları sabahın böyükləridir” deyən Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. Bu çərçivədə keçirilən 23 aprel tədbirlərində uşaqlar nitq söyləyir, şeirlər oxuyur. Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri, şəhər valiləri, bələdiyyə sədrləri, kənd və qəsəbə muxtarları öz yerlərini müəyyən olunan uşaqlardan birinə verir. Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə də riayət olunur.