BMT-ninÜmumdünya Meteorologiya Təşkilatı El-Ninyo iqlim fenomeninin başlaması ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bütün bunların fonunda dünyanı həddindən
artıq istilər və təbii fəlakətlər təhlükəsi gözləyir. Verilən bilgiyə görə, El-Ninyo Sakit okeanın ekvatorial sularının temperaturunda təbii dalğalanmalarla xarakterizə olunur ki, bu da bütün dünyada hava şəraitinə təsir göstərir. Təşkilata görə, 90% ehtimalla fenomen orta gücüylə 2023-cü ilin sonuna qədər davam edəcək. El-Ninyonun daha güclü olma ehtimalı 56 faizdir. Mütəxəssislər qeyd edirlər ki, El-Ninyonun başlaması temperatur rekordlarının qırılma ehtimalını xeyli artıracaq. Bununla əlaqədar ABŞ-nin cənubu, Cənubi Amerika, Mərkəzi Asiya və Cənubi Amerika ölkələri, eləcə də Afrikanın şimal-şərqində daşqınlar gözlənilir. Eyni zamanda Avstraliya, İndoneziya, Cənubi Asiya və Mərkəzi Amerika kəskin istilərə məruz qalacaq.