DÜNYA DAHA BİR ÖLÜMCÜL VİRUSUN CƏNGİNDƏ

Koronavirusun yeni növü aşkar edilib. İnsanlara ötürülə bilən ölümcül heyvan mənşəli virus növbəti pandemiyaya səbəb ola bilər. Bu barədə “ScienceAlert” jurnalındakı araşdırmada bilgi verilib. Bilgiyə görə, Khosta-2 adlı yeni virus Rusiyanın Soçi Milli Parkında yaşayan nal burunlu yarasalarda aşkar edilib. Bu yarasa növünün Avropa və Şimali Afrikada da mövcud olduğu bildirilib. Araşdırmalar nəticəsində Khosta-2 virusunda bəzi narahatlıq doğuran cəhətlər aşkar edilib. Khosta-2 tənəffüs yolları virusu olmaqla yoluxma şəkli COVİD – 19 – la eynidir. Bu virus tənəffüs yollarından keçərək insan hüceyrələrini yoluxdura bilən zülallarla örtülür. Tədqiqatçıların verdiyi ən üzücü xəbər isə COVID-19 peyvəndinin bu virusa təsir göstərə bilməməsini demələri olub. Başqa sözlə, bu yeni virusun mövcud dərmanlarla müalicəsi mümkün deyil. Tədqiqat müəllifləri bildiriblər ki, buna görə də təcili olaraq yeni və daha təsirli sarbekovirus peyvəndləri hazırlanmalıdır.