DÜBRAR - İNSAN SAĞLAMLIĞI ÜÇÜN ƏN FAYDALI İÇMƏLİ SU

Yüz il yaşamağı adi hal sayan yoqlar qidanı seçərkən insan bədənindəki kimyəvi elementlərlə zəngin olan ərzaq məhsullarına üstünlük verirlər. Yoqlar insan orqanizmindki elementlərdən 26-sına xüsusi fikir verirlər. Bədənimizdəki bütün elementlərin sayı 60-dan artıq olsa da, Xatxa-yoqlar 26 elementi ən vacibləri kimi diqqət mərkəzində saxlayır və onları iki qrupa ayırırlar. Birinci qrupa aid olan 13 element bizim ümumi çəkimizin 99,59 %-ni təşkil edir və makroelementlər adlanır. Bunlar hansılardır? Oksigen, karbon, hidrogen, azot, kalsium, kalium, fosfor, kükürd, xlor, natrium, maqnezium, yod və dəmir. Yəni, çəkimizin 0,41%-ni çıxmaqla əsas çəkimiz makroelementlər adlanan bu 13 elementdən ibarətdir. Bu gün sizə sadaladığımız bu vacib 13 elementin içərisində olan iki elementin , daha dəqiq desək kalsium və maqneziumun bol olduğu dübrar suyundan danışmaq istəyirik.