"DÖVLƏT RÜSUMU HAQQINDA" QANUNDA DƏYİŞİKLİK EDİLDİ

Dekabrın 3 – də keçirilən Milli Məclisin III oxunuşunda “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklikliklər edilib. Dəyişikliyə görə avtomobillərin Dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin vəya hərflərin kombinasiyası üzrə rüsumlar artırıldı. Bəzi vergilər üzrə rəqəmlər min manatda 3 min manata kimi dəyişir. Digər tərəfdən sürücülük vəsiqəsi üçün rüsumlar 40 manata qaldırıldı.