DÖVLƏT BAŞÇISI ƏBU-DABİ DAYANIQLILIQ HƏFTƏSİNİN AÇILIŞINDA ÇIXIŞ EDİB
Baxış sayı: 406
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısı açılış mərasimində çıxış edib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dünəndən Əbu-Dabidə işgüzar səfərdədir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri yanvarın 16-da başa çatıb. Əbu-Dabi Prezident Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.