DUBAYDA COP28 ÇƏRÇİVƏSİNDƏ İQLİM FƏALİYYƏTİ SAMMİTİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil

olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Sammitidə iştirak etmək üçün tədbir yerinə gəlib.Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar. Sonra  birgə xatirə fotosu çəkdirildi.